İranda poladəritmə zavodunda partlayış: Yaralananlar var
Dünya
2259
10 Aug 2023 | 20:31

İranda poladəritmə zavodunda partlayış: Yaralananlar var

İranın Şimali Xorasan əyalətində poladəritmə zavodunda baş verən partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.

Bu barədə “Esfarayen” Sənaye Kompleksinin baş direktoru Əlireza Arqai məlumat verib.

Məlumata əsasən, kompleksin bir hissəsində qısamüddətli su sızması partlayışa səbəb olub.

Sənaye kompleksinin baş direktorunun sözlərinə görə, altı nəfərin xəsarətləri yüngül qiymətləndirilir, onların ambulator müalicələri aparılır. Daha iki nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır yaralanıb.

 

Şirkət artıq avadanlıqların təmirinə başlayıb. Dəymiş maddi ziyanın miqdarı barədə hələlik məlumat verilmir.

Mənbə: TASS

Link kopyalandı!
Son xəbərlər