Ekskluziv
1954
05 Aug 2023 | 15:55

"Rusiya büdcəsinin üçdə bir hissəsi müharibəyə xərclənir..." - "Reuters"

"Bu, ikinci dünya savaşından bəri mütləq rekorddur"
 
"2011-2022-ci illərdə Rusiyanın hərbi xərcləri dövlət büdcəsinin minimum 13, 9 faizini, maksimum 23 faizini təşkil edib..."
 
Rusiya 2023-cü il üçün müdafiə xərclərini iki dəfə artırıb, hazırda 100 milyard dollardan çox təşkil edir, bu da dövlət büdcəsinin üçdə biri deməkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin məxfiləşdirilmiş məlumatlarına istinadən "Reuters" beynəlxalq agentliti məlumat yayıb.
 
Sənəddən göründüyü kimi, bu ilin təkcə birinci yarısında Rusiya "müdafiəyə" 5, 59 trilyon rubl (60 milyard dollardan çox) xərcləyib. Bu, Rusiya hakimiyyəti tərəfindən planlaşdırılan 4, 98 trilyon rubldan (54 milyard dollar) 12 faiz çoxdur.
 
Hazırda Rusiyada sektorlar üzrə büdcə xərcləri daha dərc edilmir, büdcənin bir çox maddələri məxfiləşdirilib. Ona görə də agentlik tərəfindən alınan rəqəmlər Kremlin gerçəkdən Ukraynada müharibəyə nə qədər xərclədiyi barədə təsəvvür yaradır.
 
Yeni dəyərləndirməyə görə, Rusiyada 2023-cü ildə hərbi xərclər 9, 7 trilyon rubl göstərilib ki, bu da ümumi 29, 05 trilyon rubl xərclər planının üçdə bir hissəsi deməkdir. Bu həm də təkcə son onillikdə deyil, ikinci dünya savaşından bəri ən yüksək göstəricidir.
 
Müqayisə üçün Rusiyanın müharibədən öncə müdafiə xərcləri barədə məlumat verilir. 2011-2022-ci illərdə Rusiyanın hərbi xərcləri dövlət büdcəsinin minimum 13, 9 faizini, maksimum 23 faizini təşkil edib. Avqust ayınadək Rusiya yeni dövlət müdafiə büdcəsinin 57, 4 faizini artıq xərcləyib.
 
"Reuters" qeyd edir ki, hərbi xərclərin artırılmasıni təmin edən Rusiya iqtisadiyyatının sənaye istehsalı templərinin artımı hesabına bərpasıdır.
 
O cümlədən Rusiyanın 2022-ci ildə azalan ÜDM-i bu il artıb. Lakin bu tədbirlər artıq 28 milyon dollar məbləğində büdcə kəsirinə gətirib çıxarıb, bu da ixrac gəlirlərinin azalması ilə daha da pisləşir.
Link kopyalandı!
Son xəbərlər