“Minlərlə azərbaycanlının aqibətini heçə sayanlar bir dığaya görə dünyanı ayağa qaldırıb”
2126
05 Aug 2023 | 11:52

“Minlərlə azərbaycanlının aqibətini heçə sayanlar bir dığaya görə dünyanı ayağa qaldırıb”

“Qeyri-hökumət təşkilatlarının Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızla bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciəti alqışlayır, ictimaiyyətimizin, vətəndaş cəmiyyəti institutlarının bununla bağlı aktivliyini yüksək qiymətləndirirəm”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, 4 min nəfərə yaxın azərbaycanlının aqibətindən narahatlıq keçirməyən beynəlxalq təşkilatların bu gün erməni separatçıları ilə bağlı narahatlığı ciddi sualalr doğurur:

 

“Biz hələ Birinci Qarabağ müharibəsi dönəmində bütün beynəlxalq təşkilatlara, eləcə Beynəlxalq Qırmızı Xaç Komitəsinə itkin düşən vətədnaşalrımızla bağlı dəfələrlə müraciətlər etmişik. Lakin bu müraciətlərin heç biri ilə bağlı konkret bir addım atılmayıb, Azərbaycanın narahatlığına əhəmiyyət verilməyib. Amma Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistana münasibətdə özünü elə aparır ki, sanki bu qurum erməni təşkilatıdır və yeganə missiyası ermənilərin maraqlarının müdafiəsində dayanmaqdır.

 

Bu gün də sözügedən qurum Xankəndindən İrəvana, İrəvandan Xankəndinə erməni daşımaq, qaçaqmalçılıq həyata keçirməklə məşğuldur. Sərhədçilərimizin qaçaqmalçılıqla bağlı faktın üsütünü açması buna sübutdur. Qatı cinayətkar Vaqif Xaçaturyanın da onların maşınından çıxması bu təşkilatın əslində nə ilə məşğul olduğunu göstərir. Halbuki, Beynəlxalq Qırmızı Xaç Komitəsi nə Xocalı soyqırımı vaxtı, nə də digər dönəmdə bizim bir itkinimizlə maraqlanmayıb. Amma bir erməni dığasına görə dünyanı ayağa qaldırırlar.

 

Bu səbəbdən hesab edirəm ki, beynəlxalq təşkilatlar öz adlarına, missiyalarına uyğun olaraq ədalətli, obyektiv şəkildə fəaliyyət göstərməli, ayrı-seçkiliyə yol verməməlidir. Bu, ədalət prinsipinin pozulması ilə yanaşı, onların öz imici baxımından da arzuedilməzdir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər