Naxçıvanda vergi orqanına işə qəbula dair müsabiqənin nəticələri açıqlanıb
Cəmiyyət
1450
03 Aug 2023 | 11:58

Naxçıvanda vergi orqanına işə qəbula dair müsabiqənin nəticələri açıqlanıb

Naxçıvan MR-da Dövlət Vergi Xidmətində hüquqşünas vəzifələrinə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

İyunun 12-də elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak edən 24 nəfərdən cəmi 3-ü vergi orqanlarının kadr ehtiyatına daxil edilib.

Uğur qazanan namizədlər kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaq.

Link kopyalandı!
Son xəbərlər