“Sülhməramlılar vəziyyətdən çıxış yolu tapmaq məqsədilə hər iki tərəflə təmasdadırlar” - VİDEO
Siyasət
1757
02 Aug 2023 | 20:13

“Sülhməramlılar vəziyyətdən çıxış yolu tapmaq məqsədilə hər iki tərəflə təmasdadırlar” - VİDEO

“Sizin qeyd etdiyiniz kimi, Qarabağa humanitar karvanın göndərilməsinin Azərbaycan rəhbərliyi ilə razılaşdırılmamasına baxmayaraq, Rusiya sülhməramlıları fəal şəkildə vəziyyətdən çıxış yolunun tapılması prosesinə qoşulub və bu məqsədilə hər iki tərəflə daimi təmas yaradıblar”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı news.ru-nun sualını cavablandırarkən bəyan edib.

O, qeyd edib ki, məsələ ilə bağlı Rusiya sülhməramlılarını günahlandırmaq əsassızdır.

“Hesab edirik ki, Rusiya sülhməramlılarının ünvanına hər hansı bir ittihamın səsləndirilməsi əsassızdır və onların bölgədəki vəziyyətin sabitləşməsinə yönəlmiş real səylərini əks etdirmir”, - deyə Zaxarova qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər