Qaxda 11 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb
Hadisə
1660
02 Aug 2023 | 18:43

Qaxda 11 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb

Qax rayonunda 11 gün əvvəl itkin düşən İlisu kənd sakini, 30 yaşlı Rəhman Sədrəddin oğlu Kamallının meyiti tapılıb.

Meyit İlisu-Sarıbaş yolunda, Dağküsən dağı ərazisində aşkarlanıb.

R.Kamallının meyitini dağlıq ərazidən endirmək üçün əraziyə İlisu kənd sakinləri, mərhumun yaxınları və müvafiq qurumların nümayəndələri gediblər.

Qeyd edək ki, R.Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb. İyulun 24-dən onun axtarışlarına Fövqaladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, Qax rayon Polis Şöbəsinin əməkdaşları və ərazini yaxşı bilən İlisu, Ağçay və Sarıbaş kənd sakinləri qoşulmuşdu.

Link kopyalandı!
Son xəbərlər