Mixail Qalustyan Rusiyanı tərk edəcəyi təqdirdə Ermənistanı seçəcəyini istehza ilə qarşılayıb
Dünya
1555
01 Aug 2023 | 12:52

Mixail Qalustyan Rusiyanı tərk edəcəyi təqdirdə Ermənistanı seçəcəyini istehza ilə qarşılayıb

"Rusiyanı tərk etmək fikrində olsam, Ermənistanı seçməzdim".
 
Bu sözləri tanınmış yumorist, teleaparıcı Mixail Qalustyan Rusiyanı tərk etmək barədə planlarını “teleproqramma.pro”ya şərh edərkən bildirib.
 
Teleaparıcı Rusiyanı tərk etmək üçün Ermənistan pasportu aldığı barədə xəbərləri təkzib edib. “Bu, gülməlidir. Geri çəkilmək fikrində deyiləm. Hər halda geri çəkilmək üçün özümə yollar arasaydım, Ermənistanı seçməzdim. Mənə elə gəlir ki, Ermənistan Rusiyadan o qədər asılı vəziyyətdədir ki, oranı geri çəkilmək üçün seçmək çox qəribə səslənir. Qəribə olan həm də odur ki, məni özününkü sayan kimlərsə, vətəndaşlıq aldıqdan sonra mövqelərini dəyişiblər. Sanki mən pasport alan kimi baxışlarımı da dəyişmişəm. Belə ola bilməz".
 
"Mən rusca fikirləşirəm, doğma dilim rus dilidir, beynimdən də bu dil keçir. Qanunla qadağan deyilsə, o zaman mənə Ermənistan vətəndaşı olmağa nə mane olur? Bir çox ermənilər Ermənistan vətəndaşlığını qazanmaq istəyir. Kaliforniyalı ermənilər də Ermənistan vətəndaşı olmağa çalışırlar. Onlar da ehtiyat yol hazırlayırlar? Mən bunu gülüşlə qarşılayıram”, - o vurğulayıb.
 
Qeyd edək ki, M.Qalustyan bu il Ermənistan vətəndaşlığı alıb. Xəbər qalmaqala səbəb olmuşdu. M.Qalustyanın pərəstişkarları onu Rusiyanı tərk etmək istəməkdə günahlandırmışdılar. /Report/
 
Link kopyalandı!
Son xəbərlər