ABŞ institutu: “Belarusda İranın “Shahed” PUA-larının istehsalına başlanıla bilər”
Dünya
1417
01 Aug 2023 | 10:01

ABŞ institutu: “Belarusda İranın “Shahed” PUA-larının istehsalına başlanıla bilər”

Belarusda İranın “Shahed” pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanıla bilər.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin iyulun 31-də İrana səfər edib və müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb: “Tərəflər əməkdaşlıq haqqında memorandum, həmçinin ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıblar. Xrenin və Aştiani görüş zamanı çox güman ki, silah satışını müzakirə ediblər”.

Amerikalı analitiklərin fikrincə, görüş zamanı, həmçinin Belarusda “Shahed” istehsalına dair razılaşma da əldə oluna bilər.

Qeyd edək ki, uzun müddətdir İran Rusiyaya yerli istehsallı “Shahed” PUA-ları göndərir.

Link kopyalandı!
Son xəbərlər