KİV: Nigerdə hərbi ​​çevrilişdən sonra bəzi nazirlər saxlanılıb
Dünya
1611
31 Jul 2023 | 20:02

KİV: Nigerdə hərbi ​​çevrilişdən sonra bəzi nazirlər saxlanılıb

İyulun 26-da Nigerdə ​​ baş vermiş çevrilişdən sonra Prezident Məhəmməd Bazum hökumətinin bəzi nazirləri və məmurları saxlanılıb. Hakimiyəti ələ keçirən Prezident Qvardiyasının rəhbərliyi gecə yarısı partiya rəsmilərini və nazirləri saxlayıblar.

Bu barədə saxlanılan prezidentin partiyasından açıqlama verilib.

Partiyadan verilən açıqlamaya görə, daxili işlər Naziri Hama Amadou Souley, mədən naziri Hadiza Ousseini və nəqliyyat naziri Oumarou Malam Alma ilə bu səhər saatlarından etibarən əlaqə saxlamaq mümkün olmadığı qeyd edilib.

Xatırladaq ki, Nigerin prezident qvardiyasının rəhbəri Abdurahman Çiani demokratik yolla seçilmiş Məhəmməd Bazumun hakimiyyətini devirdikdən sonra Qərbi Afrika ölkəsinin keçid hökumətinin başçısı olub.

2015-ci ildə elit hərbi bölməyə rəhbərlik etmək üçün hərbi xidmətə çağırılan 62 yaşlı general Nigerin qərbindəki Tillaberi bölgəsindəndir. O, 2021-ci ilə qədər ölkəyə rəhbərlik etmiş keçmiş prezident Mahamadou İssoufunun yaxın müttəfiqidir.

General Çiani 2021-ci ilin martında, yeni seçilən Bazumun andiçməsinə bir neçə gün qalmış prezident sarayını ələ keçirməyə cəhd edən bir hərbi birləşmənin çevriliş cəhdinə qarşı müqavimətə rəhbərlik edib.

Link kopyalandı!
Son xəbərlər