Şou-biznes
2104
30 Jul 2023 | 12:54

"Kişinin ağlı olsa, əri ölmüş arvad tapar, 50-100 manat verər" - Cavanşir Məmmədov

Müğənni Cavanşir Məmmədov kişi və qadın münasibətləri ilə bağlı müzakirələrə səbəb olacaq açıqlamalar verib.
 
Əməkdar artistin "Elgizlə izlə" televiziya proqramında səsləndirdiyi fikirləri təqdim edirik: "Kişinin ağlı olsa, əri ölmüş arvad tapar. Gedər onun yanına gündə bir-iki saat oturar, sonra qayıdar evinə. Nəvələrinin yanında yatar. Kişiyə baxan qadın lazımdır. Amma eləsini tapım ki, mənə baxsın.
 
Məndən sonra gəlib evimə, üzüyümə şərik olmasın. Övladlarımla ev, maşın davasına çıxmasın.
 
Gedərsən həmin qadının evinə, duranda 50-100 manat da qoyarsan ki, bazarlıq et, yenə gələcəm.
 
Həyat yoldaşım dünyasını dəyişsə, yenidən evlənmərəm. Övladlarımın yanında ikinci dərəcəli ata olaram.
 
43 il anam kişisiz yaşadı. Ona təklif etdim ki, ailə qur. Düşündüm ki, qoy, anam mənə qanmaz gözü ilə baxmasın. Bilsin ki, onun haqqında düşünürəm. Qayıtdı ki, həyatıma qarışma. Bilirdim ki, anam ikinci dəfə ailə qurmaz". (bizimmedia)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər