SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir
Cəmiyyət
1628
29 Jul 2023 | 16:56

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir

Növbəti həftə (31 iyul, 1, 2 və 4 avqust tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Xaçmaz rayonunda (Qımılqışlaq kəndi), 2-ci günü Siyəzən rayonunda (Yenikənd kəndi), 3-cü günü Qusar rayonunda (Avaran kəndi), 5-ci günü isə Quba rayonunda (Qəcər-Zeyid kəndi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər