Dünya universitetlərinin “Webometrics” reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin ilk 10 faizliyində yer alaraq ilk dəfə ölkə üzrə birinci yerə yüksəlib.
UNEC-dən Moderator.az-a bildirilib ki, dünyanın 32 minə yaxın ali təhsil müəssisəsinin reytinqini hazırlayan “Webometrics”də UNEC son illərdə 15 min universiteti geridə qoyub. UNEC 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutmuşdursa, 6 ay sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi olub.
Qeyd edək ki, QS Dünya Universitetləri Reytinqində də (QS World University Rankings 2024) UNEC ölkə birincisi olmuşdu.
Reytinq cədvəli ilə linkdə tanış olmaq mümkündür