20:24
11°C
Bakı
İranda tanınmış aktrisa Şöhrə Qəmər saxlanılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“Tasnim News”un bununla bağlı yaydığı xəbərə görə, Şöhrə Qəmərə qarşı son günlər sosial mediada təhqiredici məzmunlu paylaşımlar etdiyi ilə bağlı ittiham irəli sürülüb.
“Cəmiyyətdə psixoloji inamsızlıq hissinə səbəb olan təhqiramiz materiallar paylaşdığına görə Şöhrə Qəmər adlı aktrisaya qarşı cinayət işi açılıb”, - deyə yayılan xəbərdə bildirilib.
Qeyd edək ki, məşhur aktrisa sosial media hesabında insanların, xüsusilə də qadınların geyiminə müdaxilə edən hökuməti kəskin tənqid atəşinə tutub.