“Çətin obrazlar oynamaqdan ürəyim zəifləyib, səhnəyə çıxanda gözüm qaralır”-FOTOLAR
Ekskluziv
3478
27 Jul 2023 | 15:31

“Çətin obrazlar oynamaqdan ürəyim zəifləyib, səhnəyə çıxanda gözüm qaralır”-FOTOLAR

“Pulu çox sevirəm, amma sənətimi, Məleykəni ondan çox sevib, hörmət edirəm”

 
 “Mən hər dəfə ayrı-ayrı rejissorlarla işləyəndə nələrsə öyrənirəm. Xalq artistiyəm deyib, kənara çəkilə bilmərəm. İnsan ömür boyu işləməlidir, özünə arxayın olmamalıdır. O sənətkarlıq mənə qismət olub ki, 34 ildir teatr səhnəsində bir gün də fasilə vermədən işləmişəm. Soruşa bilərsiz ki, bəs pandemiya dövrü? Mən pandemiyada da boş qalmamışam. Bilirsiniz nə qədər şeirlər üzərində işlədim?! Hər gün tədbirlərdə, efirlərdə idim. Sənətə gəldiyim ilk gündən bir gün də dayanmamışam. Yalnız işləmişəm. Tamaşaçılarıma hörmət edib, hər şeyə qaçmamışam ki, orada da məni görsünlər. Mən də pulu çox sevirəm. Amma sənətimi, Məleykəni ondan çox sevirəm. Aktrisa Məleykəyə, səhnəyə çox böyük hörmət edirəm” 
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aparıcı aktrisası Məleykə Əsədova deyib. O daha sonra əlavə edib.
 
 
“Biz sənət fədailəriyik. Həqiqətən də aktyorlar çox fədakar insanlardır. Bu illər ərzində çətin obrazlar oynamaqdan ürəyim zəifləyib. Səhnədə gözüm qaralır. Amma o obrazı içdən oynayıram. Səhnəyə çıxan kimi bütün hər şeyi unuduram. O an mən deyiləm, Natəvanam, Kleopatrayam. Bizim mükafatımız alqış, çiçəklər, insanların tamaşaya gəlməsidir. Obrazlarımı sevərək oynayıram, onları da tamaşaçılara sevdirirəm” deyə xalq artisti bildirib.
 
Xalq artisti bildirib ki, sənətkarlara toxunmaq olmaz.
 
 
“Aktrisa kimi özümə çox böyük hörmət edirəm. Xırdalanmaq olmaz. Aktyorun taleyi maraqlıdır. İndi də bilirsiniz ki, şou yaranıb. Hər kəs bir sayt açıb, nə istəyir yazır. Bəzən sənətkarlar haqqında yazılan mənfi rəylərə mənə çox ağır gəlir. Aktyorluq sənəti incəsənətin ən çətin sahəsidir. İstəmirəm aktyorlarımız haqqında dedi-qodular yayılsın, nəsə başqa sözlər deyilsin. Sənətkarlar onsuz da barmaqla sayılası qədər qalıb. Onlara hörmətlə yanaşmaq lazımdır. Nə qədər qaçsam da bəzən alınmır. Gördünüz də bir dəfə şeirimi nə günə qoydular. Nədir-nədir tik-tokda baxacaqlar, baxış toplayacaqlar. Sənət ucadır, toxunulmazdır. Belə şeyləri görəndə qəlbim inciyir” deyə sənətkar deyib.
Link kopyalandı!
Son xəbərlər