Bakıda ananın həbsdə olan oğluna narkotik aparmasının qarşısı alınıb
Kriminal
1423
25 Jul 2023 | 11:20

Bakıda ananın həbsdə olan oğluna narkotik aparmasının qarşısı alınıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Xidmətdən bildirilib.

Qeyd edilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Anar Alim oğlu Əsgərova anası Salyan şəhər sakini Ruhəngiz Rzalı qızı Əsgərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan plastin qabdakı balın içərisində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,800 qram olan narkotik maddə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər