Bizi sosial şəbəkələrdən izləyin:
“Kreml hər an Ukraynadan qoşunlarını çıxarmaqla müharibənin dayandıra bilər”.
Moderator.az xəbər verir ki, "Ukrinform"un yaydığı məlumata görə, bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib
"Bu, Rusiyanın başladığı müharibədir" deyə o, Rusiya paytaxtına pilotsuz təyyarə hücumunu şərh edərkən vurğulayıb.
Kreml dinc şəhərlərə amansız hücumlarını davam etdirməkdənsə, qoşunlarını Ukraynadan çıxarsa, istənilən vaxt bu müharibəni dayandıra bilər. Jan-Pyer xatırladıb ki, Rusiya 15 aydan çoxdur, demək olar, hər gün Ukraynadakı mülki hədəflərə hücum edir.
"Rusiya Odessa limanını bombaladı, dinc ukraynalıları öldürdü və yaraladı, YUNESKO-nun irsi obyektini məhv etdi... Və dünyanın digər ölkələri üçün nəzərdə tutulmuş on minlərlə ton taxılı məhv etdi", - deyə Ağ Evin sözçüsü bildirib.
Bununla belə, o, ABŞ-ın Ukrayna Müdafiə Qüvvələrinin Rusiya Federasiyasının ərazisinə endirdiyi zərbələri dəstəkləmədiyini, eyni zamanda Krımın Ukrayna olduğunu da xatırladıb.
Buna görə də Bayden administrasiyasının nümayəndəsi vurğulayıb ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanı azadlıq və suverenlik uğrunda mübarizə üçün lazım olan hər şeyi təmin etməyə davam edəcək.
S.Laçın