Azərbaycan klubu Belçikadan futbolçu gətirdi
İdman
1483
24 Jul 2023 | 16:56

Azərbaycan klubu Belçikadan futbolçu gətirdi

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
 
Muxtar Respublika təmsilçisindən verilən məlumata görə, klub bosniya və herseqovinalı mərkəz müdafiəçisi Numan Kurdiçi heyətinə qatıb. 24 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.
 
Kurdiç karyerası ərzində ölkəsində “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçikanın “Molenbek” klubunda keçirib.
 
“Araz-Naxçıvan” daha əvvəl digər bosniya və herseqovinalı futbolçu Miço Kuzmanoviçlə müqavilə imzalayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər