“Qarabağ” “Rakuv”u keçə bilməsə, Avropa Liqasında hansı komanda ilə qarşılaşacaq?
İdman
1478
24 Jul 2023 | 15:23

“Qarabağ” “Rakuv”u keçə bilməsə, Avropa Liqasında hansı komanda ilə qarşılaşacaq?

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
 
Moderator.az xəbər verir ki, “Qarabağ”ın da potensial rəqibləri dəqiqləşib.
 
Azərbaycanı Çempionlar Liqasında təmsil edən Ağdam klubu II təsnifat mərhələsində Polşa “Rakuv”una uduzsa, mübarizəni məhz qitənin ikinci dərəcəli klub turnirində davam etdirəcək. “Atlılar” bu halda III təsnifat mərhələsində “HİK” (Finlandiya) - “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcəklər.
Təmsilçimiz ilk oyununu evdə keçirəcək.
 
Xatırladaq ki, Azərbaycan çempionu Polşanın “Rakuv” klubunu mübarizədən kənarlaşdıra bilsə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Aris” (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Link kopyalandı!
Son xəbərlər