Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
“Qarabağ”ın Polşa “Rakuv”u ilə əmələ gətirdiyi cütün də potensial rəqibləri bəlli olacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. “Qarabağ”ın Polşa çempionu ilə cütü daha yüksək reytinqə malik olduğundan güclülər səbətində yer alacaq və nisbətən zəif komandaya rəqib olacaq.
Daha sonra Azərbaycan çempionunun UEFA Avropa Liqasındakı mümkün rəqiblərinin də adına aydınlıq gələcək. Ağdam təmsilçisi “Rakuv” səddini keçə bilməsə, yoluna digər turnirdə davam edəcək.
Bu püşkatma isə bir saat sonra start götürəcək. “Qarabağ” burada ÇL-in ikinci təsnifat mərhələsinin doqquz cütünün məğlublarından biri ilə üz-üzə gələcək.