Xaçmaz meşəbəyliyinin yaxınlığında əkin sahəsində yanğın olub -xa0YENİLƏNİB
Hadisə
1491
23 Jul 2023 | 19:32

Xaçmaz meşəbəyliyinin yaxınlığında əkin sahəsində yanğın olub -xa0YENİLƏNİB

Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında 9 ha biçilmiş taxıl sahəsi və 1 ha sahədə kol kos yanıb.

Fövqəladə Hallar Naziriyindən verilən xəbərə görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 18.04

Oğuz rayonunun Xaçmaz meşəbəyliyinin yaxınlığındakı əkin sahəsində yanğın hadisəsi baş verib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, ETSN-in yerli qurumlarının, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın məhdudlaşdırılıb və meşəyə keçməsinin qarşısı alınıb.

Qeyd edilib ki, əkin sahəsinin fermer tərəfindən yandırılması təsdiq olunarsa, fermerə ayrılan subsidiyanın dayandırılması üçün aidiyyəti qurumlara müraciət olunacaq.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

Link kopyalandı!
Son xəbərlər