Ermənistan spikeri Xankəndindəki separatçı “həmkar”ına zəng etdi...-Nədən danışdılar?..
Ekskluziv
2113
22 Jul 2023 | 15:58

Ermənistan spikeri Xankəndindəki separatçı “həmkar”ına zəng etdi...-Nədən danışdılar?..

Ermənistan parlamentinin sədri Alen Simonyanla  Azərbaycan torpağındakı separatçı-terrorçu rejimin qanunsuz “qanunverici” orqanının qondarma rəhbəri Artur Tovmasyan arasında telefon danışığı olub. 
 
Moderator.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bu haqda Ermənistan parlamentinin mətbuat xidmətindən informasiya çatdırılıb.
 
Alen Simonyanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı o, separatçı “həmkarı”yla Qarabağdakı vəziyyəti müzakirə edib.  A.Tovmasyan Ermənistan spikerinə “son günlərdə baş verən hadisələr haqqında ətraflı məlumat verib”.
 
“Həmsöhbətlər böhran nəticəsində yaranmış vəziyyətin birgə həlli yollarının tapılmasının parlamentlərarası imkanlarına toxunub”- xəbərdə belə deyilir.
 
Xatırladaq ki, bir müddət öncə erməni mediasında Qarabağdakı xunta rəhbərliyinin Laçın yolunun “bağlanması”ndan sonra
Ermənistan hökumət və parlament üzvlərinin Xankəndi ilə əlaqə saxlamamasından şikayətlənməsi haqda informasiyalar yayılımışdı...
 
S.Laçın
 
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər