Partlayan təkər atanın ölümünə, oğlunun ağır yaralanmasına səbəb oldu
Hadisə
1790
22 Jul 2023 | 15:41

Partlayan təkər atanın ölümünə, oğlunun ağır yaralanmasına səbəb oldu

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Yasamal aşırımında qeydə alınıb.
 
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Eldəniz Hüseynov ağır xəsarət alıb. Onun atası Rövşən Hüseynov isə hadisə yerində dünyasını dəyişib.
 
Yaralı ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Qəzaya avtomobilin təkərinin partlamasının səbəb olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər