Cəmiyyət
1845
21 Jul 2023 | 21:45

"Siz bizdən çox uzaqsız, bəlkə ona görə səsiniz gəlmir..." -xa0xa0İran jurnalisti Prezidentə sualını ifadə edə bilmədi

Bu gün Şuşada işə başlayan Qlobal Media Forumunun ilk günündə maraqlı hadisə yaşanıb.
 
Belə ki, Forumda İranı təmsil edən jurnalist nə qədər cəhd etsə də, sualını formalaşdırıb, Prezidentə ifadə edə bilməyib. Bu zaman Prezident moderator Rüfət Həmzəyevi iranlı jurnalistin yanına göndərib və olduqca simvolik replika verib: "Siz bizdən çox uzaqsız, bəlkə ona görə səsiniz gəlmir..."
 
İngiliscə gedən bu mükalimədən sonra Rüfət Həmzəyev nəhayət iranlı jurnalistin sualını formalaşdırıb, ifadə edib:
 
"Bakıda İRNA AZƏRİ şöbəsi açılacaq. Bu, İran-Azərbaycan münasibətlərinə necə təsir edə bilər..."
 
İranlı jurnalistin bu sualı da, suala qədər baş verənlər də zalda gülüş doğurub.
 
Musavat.com həmin səhnəni təqdim edir:
 

 

Link kopyalandı!
Son xəbərlər