Banqladeşdə denge xəstəliyindən ölənlərin sayı 114 nəfərə çatıb
Dünya
1453
17 Jul 2023 | 20:43

Banqladeşdə denge xəstəliyindən ölənlərin sayı 114 nəfərə çatıb

Banqladeşdə son sutka ərzində azı 8 nəfər denge xəstəliyindən ölüb, bu il denge virusunun səbəb olduğu qızdırma ümumilikdə 114 nəfərin həyatını itirməsinə səbəb olub.

Bu barədə Banqladeş Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutkada Banqladeşdə qızdırma əlamətləri olan 1 549 yeni pasiyent xəstəxanaya yerləşdirilib. Hazırda ölkə üzrə xəstəxanalarda denge virusuna yoluxmuş 5 441 nəfər var. Bu il onların ümumi sayı 22 467 nəfər olub, 16 912 nəfər sağalıb.

Xəstəliyin yayılmasının episentri ölüm hallarının əksəriyyətinin qeydə alındığı paytaxtı Dəkkə və ona qonşu rayonlar olub. Dəkkədə artıq denge virusunun daşıyıcılarının - ağcaqanadların çoxalma mənbələrini məhv etmək üçün tədbirlər görməyən kommersiya məqsədli yaşayış məkanlarının sahiblərinə qarşı cinayət işlərinə baxıldığı məhkəmələr işə başlayıb.

Həkimlər Banqladeşdə xəstəliyinin yayılmasını musson yağışları mövsümünün başlaması ilə əlaqələndirirlər.

Link kopyalandı!
Son xəbərlər