Cənubi Koreyada güclü yağışlar 7 nəfərin həyatına son qoyub
Dünya
1444
15 Jul 2023 | 09:10

Cənubi Koreyada güclü yağışlar 7 nəfərin həyatına son qoyub

Koreya Respublikasında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Ölkə üzrə 1,5 mindən çox insan müvəqqəti dislokasiya məntəqələrinə yerləşdirilib. Çunçon-Pukto əyalətində 6 400-dən çox sakin təxliyə edilib.

Koreya Respublikasının Meteorologiya İdarəsinin məlumatına görə, iyulun 13-dən etibarən bir sıra bölgələrə 400 mm-dən çox yağış düşüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər