Gorus-Xankəndi istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsinin işindən yeni kadrlar yayılıb.
Görüntülərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiətilə gələn Qarabağın erməni sakinlərinin sənədlərinin yoxlanılması və gediş-gəlişlərinin təmin edilməsi əks olunub.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
14:16
İyulun 14-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan, tibbi yardıma ehtiyacı olan erməni əsilli vətəndaş Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və Azərbaycan dövlətinin nəzarəti altında Gorus-Xankəndi istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədi keçib.
Məlumata görə, azərbaycanlı həkimlər sərhəd-keçid məntəqəsində olub və BQXK ilə əməkdaşlıq edərək, tibbi təxliyə prosesinin təmin olunmasına kömək ediblər.
Bununla bağlı yayılan videoda erməni qadının Azərbaycan sərhədçilərinə təşəkkür etməsi də əks olunub.