Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləməyə davam edir - FOTO
Siyasət
1472
13 Jul 2023 | 13:15

Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləməyə davam edir - FOTO

Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləməkdə davam edir.

Bu barədə Böyük Britaniya səfirliyi tviter səhifəsində paylaşım edib.

“Britaniya Müdafiə Nazirliyinin nümayəndələri “Intelligence-Sec” şirkətinin Bakıda keçirdiyi minatəmizləmə fəaliyyəti və partlamamış hərbi sursatlardan müdafiə mövzusuna həsr olunmuş seminarda dəvət olunmuş məruzəçi qismində çıxış ediblər”, - paylaşımda deyilir.

Səfirlik həmçinin vurğulayıb ki, Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər