Paşinyan Blinkenlə Azərbaycanla sülh müqaviləsi üzrə aparılan danışıqları müzakirə edib
Siyasət
1572
11 Jul 2023 | 20:43

Paşinyan Blinkenlə Azərbaycanla sülh müqaviləsi üzrə aparılan danışıqları müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb, Azərbaycanla sülh müqaviləsi üzrə aparılan danışıqları müzakirə edib.

Bu barədə Paşinyan öz tviter hesabında paylaşım edib.

"Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm məsələləri müzakirə etdik", - Paşinyan qeyd edib.

Link kopyalandı!
Son xəbərlər