Cəlilabadda taxıl sahələrində yanğın olub
Hadisə
1640
10 Jul 2023 | 20:34

Cəlilabadda taxıl sahələrində yanğın olub

Cəlilabadda taxıl sahələrində yanğın olub.

Hadisə rayonun Abdullu kəndi ərazisində biçilmiş taxıl sahələrində qeydə alınıb.

İlkin məlumata görə, kəndin 3 sakininə məxsus sahədə 3 hektar ərazi yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər