Torpağımızdakı baş separatçı rəsmi Bakıya işğalçı Rusiya vasitəsilə dialoq təklif etdi...
Ekskluziv
2434
07 Jul 2023 | 08:30

Torpağımızdakı baş separatçı rəsmi Bakıya işğalçı Rusiya vasitəsilə dialoq təklif etdi...

“Başqa sözlə, ABŞ-ın vasitəçiliyi rədd edilir, çünki onlar sırf Artsaxı inteqrasiyaya sövq edirlər..."
 
Dünən – iyulun 6-da  Azərbaycan Respublikasının Rusiyanın müvəqqəti(!) nəzarətində qalan ərazisində elə həmin işğalçı ölkə tərəfindən bəslənən, onun ordusu tərəfindən qorunan separatçı-terrorçu rejimin başçısı  Arayik Arutyunyan qondarma "deputat"larıyla iclas çağırıb və bildirib ki, Bakı ilə dialoqa hazırdır. Amma bir şərtlə...
 
Moderator.az xəbər verir ki, “Hraparak”ın Xankəndindəki mənbələrinə istinadla yaydığı məlumata görə həmin şərt Rusiyanın Azərbaycanla separatçı-terrorçu(!) rejim arasında vasitəçi rolunu öz üzərinə götürməsindən ibarətdir.
 
“Başqa sözlə, ABŞ-ın vasitəçiliyi rədd edilir, çünki onlar sırf Artsaxı inteqrasiyaya sövq edirlər və ruslarla bundan yayınmaq şansı hələ də var... Araik Arutyunyanın Putinə məktubunu nəzərə alsaq, Bakı ilə danışıqların Rusiya Federasiyasının vasitəçiliyi ilə aparılacağı istisna edilmir”- Ermənistan nəşri belə yazır.
 
Sultan Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər