Baxmut yaxınlığında Ukraynaya qarşı döyüşən serb yaraqlısı öldürüldü...
Ekskluziv
2205
06 Jul 2023 | 17:16

Baxmut yaxınlığında Ukraynaya qarşı döyüşən serb yaraqlısı öldürüldü...

Ukraynada Rusiya işğalçılarının tərəfində vuruşan serb yaraqlısı Uroş Prvuloviç məhv edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya təbliğat mediası məlumat yayıb.
 
Uroş Prvuloviç 2015-ci ildən qondarma “DXR” yaraqlılarının tərəfində Ukraynaya qarşı müharibədə iştirak edir. 2018-ci ilin noyabrında Prvuloviç qondarma "LXR"-in "DTX"-sı tərəfindən saxlanılıb. Bir neçə ay həbsdə yatıb. 2022-ci ildə "Vaqner"-ə keçib.
 
Serb yaraqlı aprelin 28-də Baxmut yaxınlığında öldürülüb, cəsədi isə yalnız iyunun sonunda tapılıb.
 
Prvuloviçin sosial şəbəkələrdəki son fotosunda onun "DXR" lideri Denis Puşilindən hansısa mükafat aldığını görə bilərsiniz.
 
Prvulović də Ukrayanın "Mirotvorets" axtarş bazasına daxil edilib. Orada bu serbin Debaltsevo bölgəsində döyüşlərdə iştirak etdiyi, Donbass Könüllüləri İttifaqının üzvü olduğu bildirilir.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər