Arvadını öldürməkdə təqisrləndirilən şəxsin məhkəməsi başlayır
Kriminal
1475
05 Jul 2023 | 18:04

Arvadını öldürməkdə təqisrləndirilən şəxsin məhkəməsi başlayır

Arvadını öldürməkdə təqisrləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 18-i yaşadıqları evdə Astara rayon Şiyəkəran kənd sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın öldürülməsi, onun anası 1970-ci il təvəllüdlü Sevda Ramazanovaya isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin bıçaqla çoxsaylı xəsarətlər yetirməklə arvadı Əfsanə Ramazanovanı öldürməsi, bundan sonra qayınanası Sevda Ramazanovaya xəsarətlər yetirməklə öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Link kopyalandı!
Son xəbərlər