Azərbaycan Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Siyasət
1457
03 Jul 2023 | 19:30

Azərbaycan Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) və Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatı (EA) arasında keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlər və əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) prezidenti Mauren Loj (Maureen Logghe) ilə keçirilən görüşdə bildirilib.

Görüş zamanı Məmməd Abbasbəyli qurumun əsas fəaliyyət istiqamətlərindən biri olan keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndələrinin də iştirak etdiyi görüşdə Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) üzvlük və əməkdaşlıq məsələləri müzakirə edilib, nəzəri və praktiki sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonda Təşkilatın keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrinə dəstəyi qeyd olunub, müvafiq sahədə ölkəmizlə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Link kopyalandı!
Son xəbərlər