Türkiyə hökuməti sabah İsveçin NATO-ya müraciətini müzakirə edəcək
Siyasət
1436
02 Jul 2023 | 19:12

Türkiyə hökuməti sabah İsveçin NATO-ya müraciətini müzakirə edəcək

Türkiyə hökuməti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dövlət qulluqçularının maaşlarının artırılması, iqtisadi qanun layihələri və İsveçin NATO-ya üzv olmaq məsələsini müzakirə etməyi planlaşdırır.

Nazirlər Kabineti dövlət qulluqçularının minimum əmək haqqının 22 min lirəyə (təxminən 850 dollar) artırılması, əhalinin bir hissəsinin texnika alışına görə vergi ödəməkdən azad edilməsi üçün qanun layihələrini nəzərdən keçirəcək.

Bu müddəaların baxılmaq üçün Parlamentə təqdim olunacaq qanunvericilik təşəbbüsləri paketinə daxil ediləcəyi gözlənilir.

Paketə təqaüdçülərə dəstək təşəbbüsləri, həmçinin 2024-cü ilin iyul ayına qədər yaşayış evlərinin kirayə haqqının 25%-dən çox artırılmasını qadağan edən müddəa daxildir.

Nazirlər Kabineti İsveçin Türkiyənin NATO-ya daxil olması ilə bağlı tələblərini yerinə yetirməsini də müzakirə edəcək. Ankara Stokholmdan antiterror qanunvericiliyinin sərtləşdirilməsini və terrorçu kimi tanınan bəzi şəxslərin ekstradisiyasını tələb edir. Türkiyə hələ də İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyib.

Link kopyalandı!
Son xəbərlər