Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” qeyd edilib
Cəmiyyət
1531
02 Jul 2023 | 15:35

Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” qeyd edilib

Qəbələ, Ağdaş, Göyçay, Zaqatala rayonları və Mingəçevir şəhərində Azərbaycan polisinin yaranmasının 105 illiyi ilə bağlı tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, tədbirlərdə polis şöbələrinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və polis veteranları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Daha sonra tədbirlərdə çıxış edənlər Azərbaycan Polisinin keçdiyi 105 illik şərəfli yoldan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz rolundan danışıblar.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar, eləcə də veteranlara müxtəlif hədiyyələr təqdim edilib.

Link kopyalandı!
Son xəbərlər