Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunları bu gün başa çatır.
 
                                            
                                            
                                            
                                            
Yarışda Azərbaycan milli komandası 14 idman növü üzrə 101 idmançı ilə təmsil olunur. 
 
Bu günə qədər Azərbaycan komandası ümumilikdə 9 medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 6-ı isə bürüncdür. 
 
Əvvəlki günlə müqayisədə milli komandamız medal sıralamasında 4 pillə geriləyib və hazırda 29-cu yerdə qərarlaşıb.
 
Siyahıya 90 medalla (28 qızıl, 24 gümüş, 38 bürünc) yenə İtaliya başçılıq edir. İspaniya 53 medalla (20 qızıl, 14 gümüş, 19 bürünc) 2-ci, Ukrayna 39 medalla (20 qızıl, 11 gümüş, 8 bürünc) 3-cüdür.