Azərbaycandan külli miqdarda pulun çıxardılmasında ittiham olunan maliyyəçi - VİDEO
Cəmiyyət
1976
01 Jul 2023 | 18:30

Azərbaycandan külli miqdarda pulun çıxardılmasında ittiham olunan maliyyəçi - VİDEO

“Fikrimcə, ofşorlar xüsusi xidmət orqanları tərəfindən yaradılır”.

Haqqın.az xəbər verir ki, bu sözləri tanınmış maliyyəçi, Azərbaycan Beynəlxalq Bankının səs-küylü işi üzrə təqsirləndirilən şəxslərdən biri, Lüksemburqdakı “VES Consultancy” MMC-nin rəhbəri Xaqani Bəşirov azərbaycanlı jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib.

Uzun illər Qərb və Azərbaycan mətbuatı Xaqani Bəşirovu Azərbaycanın əsas bankının aktivlərini ofşora yerləşdirməkdə və milyardların talanmasında əli olmaqda ittiham edirdi.

Lakin Xaqani Bəşirov bütün ittihamları sükutla qarşılayırdı. Nəhayət, maliyyəçi azərbaycanlı jurnalist Eynulla Fətullayevin suallarını cavablandırmağa və Azərbaycan maliyyə sisteminin tarixindəki bilinməyən məqamlara işıq salmağa razılıq verib.

Bəşirovun öz etirafına görə, bu, onun ilk və sonuncu müsahibəsidir.

 

Xaqani Bəşirov ofşorların onun üçün maraqlı olmadığını bildirib. “Mən həmişə ofşorlara qarşı olmuşam, bu mənim subyektiv fikrimdir. Çünki zənnimcə, ofşorlar xüsusi xidmət orqanları tərəfindən yaradılır ki, bütün sadəlövh insanlar ora öz pullarını köçürsünlər, onların hamısına eyni zamanda nəzarət etmək mümkün olsun və hamısını birlikdə ələ keçirə bilsinlər. Ofşorlar mənim üçün elə də maraqlı mövzu deyil”, - deyə o qeyd edib.

Xaqani Bəşirov təqsirləndirildiyi məsələ ilə bağlı təəssüf hissi keçirdiyini də deyib. “Gərək Beynəlxalq bankla əməkdaşlıq etməzdim, bütün bu məsuliyyəti üzərimə götüməzdim, amma  çox maraqlı idi, gözəl imkanlar var idi və bunlar maddi anlamda deyil, məhz peşəkar anlamda gözəl imkanlar idi. Tamam başqa bir səviyyə idi, olduqca maraqlı idi”, - deyə o vurğulayıb.

Daha ətraflı videosüjetdə:

Link kopyalandı!
Son xəbərlər