BMT:
Dünya
1436
30 Jun 2023 | 15:11

BMT: "Fransada hüquq-mühafizə orqanlarında irqi ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb”

Fransanın hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb.
 
Bu barədə BMT-dən bildirilib.
 
Qeyd olunub ki, polisin gənc vətəndaşa qarşı silah tətbiq etməsi iddiası operativ surətdə araşdırılmalıdır.
 
Xatırladaq ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin “İndi başından vuracağam” ifadəsi də aydın eşidilir.
 
Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
 
Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb.
 
Məlumat üçün bildirək ki, bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb. /Report/
 
Link kopyalandı!
Son xəbərlər