Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə təltif olunub - FOTO
Cəmiyyət
1659
29 Jun 2023 | 13:20

Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə təltif olunub - FOTO

Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə medalla təltif olunub.
 
Bu, Kiyevin ərazi müdafiə qüvvələrində humanitar missiya ilə fəal olan, əslən Azərbaycanın Zaqatala rayonundan Şamxal Namiq oğlu Quliyevdir.
 
O, Ukrayna Silahlı Qüvvələri tərəfindən Kiyev və Kiyev vilayətinin müdafiəsi uğrunda göstərdiyi xidmətlərinə görə mükafatlandırılıb.
 
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb. /Report/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər