Azərbaycan boksçusu: “Ən vacibi odur ki, olimpiadaya lisenziya qazandım”
İdman
1513
28 Jun 2023 | 18:40

Azərbaycan boksçusu: “Ən vacibi odur ki, olimpiadaya lisenziya qazandım”

“Ən vacibi odur ki, olimpiadaya lisenziya qazandım”.

Bunu Polşada təşkil olunan III Avropa Oyunlarının 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyanı 5:0 hesabı ilə məğlub edən Azərbaycan boksçusu Murad Allahverdiyev deyib.

80 kq çəki dərəcəsində yarımfinala yüksələrək, həm medalı təmin edən, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan 21 yaşlı idmançı sevincini gizlətməyib: “Medal təmin etdiyim, xüsusən də, Ermənistan təmsilçisinə qalib gəldiyim üçün çox xoşbəxtəm. Püşkatmaya əsasən, bu mərhələdə erməni idmançısı ilə qarşılaşmalı oldum. Bir qarabağlı olaraq, bu döyüşdə qalib gəlmək istəyirdim. Həm bu arzumu yerinə yetirdim, həm də olimpiadada iştirak hüququna yiyələndim. Əsas məqsədim isə turnirdə çempion olmaqdır”.

Qeyd edək ki, Murad Allahverdiyev yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Onun bu raunddakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər