Bayden yenə çaşdı: Deməməli olduğu cümləni də oxudu - VİDEO
Dünya
1575
28 Jun 2023 | 11:00

Bayden yenə çaşdı: Deməməli olduğu cümləni də oxudu - VİDEO

ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı suflyordan ona verilən ipuclarını qarışıq salıb.  

Bayden onun üçün sadəcə ipucu kimi verilən və mətnin bitdiyini ifadə edən “Sitatın sonu” ifadəsini də yüksək səslə oxuyub.

O, çıxışı zamanı 2030-cu ilə qədər ölkədə yüksəksürətli internet şəbəkələrinin inkişafı təşəbbüslərindən və amerikalıların onun planına müsbət reaksiyasından danışıb.

“Bu, 1930-cu və 40-cı illərdə kəndlərin elektrikləşdirilməsi haqda qanunun təsərrüfat obyektlərini enerji ilə təmin etməsindən bu yana Amerikanın kəndlərində baş verən ən yaxşı haldır. Sitatın sonu”, - deyə Bayden suflyorda ona verilən mətni oxuyub. Beləliklə, prezident yüksək səslə səsləndirməməli olduğu son ifadəni də təkrarlayıb.

Mənbə: “Daily Express”

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər