Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisdə banklarla bağlı müzakirələr zamanı çıxış edən deputat Əli Məsimli tənqidi fikirlərini səsləndirib.
Qeyd edib ki, Mərkəzi Bank özünün funksiyalarını yerinə yetirməklə məşğul olmalıdır, amma biz bunu görmürük: “Qeyd olunur ki, Mərkəzi Bankın fəaliyyəti yoxlanılmalıdır. Mərkəzi Bankın fəaliyyəti niyə yoxlanılmamalıdır? Ötən ilin mart ayında Azərbaycanda 3,2 faiz inflyasiya olub. MDB üzrə inflyasiya göstəricisi 2 faiz təşkil edib. Bizdə inflyasiyanın artım tempi MDB-dən yüksəkdir. Mərkəzi Bank 8,3 faiz inflyasiya proqnozlaşdırır və bu, birrəqəmli inflyasiyadır”. Ə.Məsimli Mərkəzi Bank rəhbərliyinə xitabən bildirdi ki, aradakı fərqə aydınlıq gətirilməlidir: “Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək, qiymətləri aşağı salmaq olmalıdır. Amma təəssüf ki, bunu görmürük. Digər tərəfdən başqa ölkələrdən yüksək olan infliyasiyanın səbəbi açıqlanmalıdır”.