Azərbaycan atleti beynəlxalq turnirdə ikinci yeri tutub
İdman
1673
17 Jun 2023 | 14:09

Azərbaycan atleti beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan atleti Anna Skidan Estoniyanın Yıhvi şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında ikinci yeri tutub.
 
Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, 31 yaşlı idmançı beynəlxalq yarışda çəkic atma növündə gümüş medal qazanıb.
 
O, 68.67 metr göstərici ilə buna nail olub. Skidan yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalıb.
 
Link kopyalandı!
Son xəbərlər