Daha 5 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq - FOTO
Cəmiyyət
1669
17 Jun 2023 | 13:50

Daha 5 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq - FOTO

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.
 
Moderator.az xəbər verir ki, növbəti həftə (19-20.06.2023 və 22-24.06.2023 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.
 
Aksiya həftənin 1-ci günü saat 10:00-dan 11:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü saat 15:00-dan 16:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 10:00-dan 11:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 10:00-dan 11:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 6-ci günü saat 10:00-dan 11:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.
 
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər