Bakıda avtomobil qadını vuraraq öldürüb
Hadisə
1884
17 Jun 2023 | 09:30

Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Hadisə iyunun 16-da axşam saatlarında Xəzər rayonu, Zaqulba prospektində qeydə alınıb.

2004-cü il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Cafar Faiq oğlu “Hyundai İX 35” markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Zaqulba prospektində mərkəz istiqamətində hərəkətdə olarkən yolun süni işıqlandırılmış, piyada keçidi olmayan, asfalt örtüklü hissəsindən keçən piyada 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Cabarova Şahsənəm Əli qızını vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər