Oğuzda güclü külək fəsadlar törədib - FOTO
Hadisə
2520
16 Jun 2023 | 15:38

Oğuzda güclü külək fəsadlar törədib - FOTO

Oğuz rayonunda güclü küləyin təsirindən irigövdəli ağaclar aşaraq istirahət mərkəzinə ziyan vurub.

Ötən gün axşam saatlarından rayon ərazisində güclü külək əsməyə başlayıb.

Şəhərin yuxarı hissəsində yerləşən istirahət mərkəzinin həyətindəki irigövdəli ağaclar təbiət hadisəsi nəticəsində aşıb və bir neçə otağın dam ortüyünü yararsız vəziyyətə salıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

 

Link kopyalandı!
Son xəbərlər