Fotosu ilə gündəm olan məzun kimdir? - VİDEO
Cəmiyyət
2897
15 Jun 2023 | 13:02

Fotosu ilə gündəm olan məzun kimdir? - VİDEO

Ötən gün sosial şəbəkələrdə məzun olan gəncin kuryer işlədiyi motosikletlə çəkilən görüntüsü gündəm olmuşdu.

Moderator.az xəbər verir ki, fotonun müəllifi olan fotoqraf Azər Azadoğlu "Xəbər Ertəsi"nə bu anların necə ərsəyə gəlməsindən danışıb.

O qeyd edib ki, fotodakı şəxs Binəqədi ərazisindəki məktəblərin birində məzun olan Vüsaldır. Fotoqraf fotonu çəkdikdən sonra Vüsaldan icazə alıb və onun fotosunu paylaşıb.

"Onun atası vəfat edib. Ailədə 6 övlad - 2 qardaş, 4 bacıdırlar. Vüsal işləməyə məcbur olub. Mən ona təklif etdim ki,mənimlə çalışsın. Kuryerlik daimi iş deyil, əziyyətlidir. Əlimdən gəlsə, ona fotoqraflığı öyrədəcəyəm".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər