Oğuzda ölümlə nəticələnən yol qəzası olub
Hadisə
3173
13 Jun 2023 | 19:25

Oğuzda ölümlə nəticələnən yol qəzası olub

Oğuz rayonunda ağır yol qəzası baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuzun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan bir sərnişin hadisə yerində keçinib. Qəza zamanı hər iki avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər