AMB-nin sədri:
Cəmiyyət
2668
12 Jun 2023 | 12:00

AMB-nin sədri: "Çek sistemi üçün rəqəmsal vasitələrdən istifadə etmək istəyirik"

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə çek sisteminin tətbiqi üçün rəqəmsal vasitələrdən istifadə etməyi planlaşdırır.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Ötən iclasda Türkiyənin çek təcrübəsindən istifadə edilməsi ilə bağlı təkliflər oldu. Bizim mövqeyimiz isə odur ki, bunun üçün beynəlxalq korporasiyalardan biri ilə işləyək. Dorğudur, Türkiyədə çek sistemi aktiv işləyir və çox effektiv prosesdir. Türkiyədən fərqli olaraq biz bunu daha çox rəqəmsal kanallar vasitəsilə etmək, yəni rəqəmsal vasitələrdən istifadə etmək istəyirik. Yenidən kağız daşıyıcıya qayıtmaq istəməzdik", - deyə o qeyd edib.

Link kopyalandı!
Son xəbərlər