İraq 3 illik dövlət büdcəsini 153 milyard dollar həcmində təsdiqləyib
Dünya
2713
12 Jun 2023 | 09:50

İraq 3 illik dövlət büdcəsini 153 milyard dollar həcmində təsdiqləyib

İraq parlamenti 2023, 2024 və 2025-ci illər üzrə dövlət büdcəsini təsdiqləyib.

Məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, dövlət büdcəsi 198,9 trln. dinar (153 milyard dollar həcmində) təsdiqlənib.

Məlumata görə, bu məbləğ ölkə tarixində rekord miqdar sayılır. Büdcədə İraqın şimalındakı kürd yarımuxtariyyəti də daxil olmaqla sutkalıq neft hasilatı 3 500 000 barel nəzərdə tutulub. Ölkənin şimalından sutkada 400 000 barel neft hasilatı planlaşdırılıb. Rəsmi Bağdadla şimaldakı hökumət arasında anlaşmaya əsasən, muxtariyyət hər ay neftdən gələn gəliri mərkəzi hakimiyyətə köçürəcək.

Büdcədə neftin qiyməti isə 70 dollar nəzərdə tutulub.

İnformasiyaya əsasən, büdcə müzakirəsi 5 gün sürüb.

Qeyd edək ki, İraq hökuməti bu il martın 13-də büdcə layihəsinin parlamentə göndərib.

Link kopyalandı!
Son xəbərlər